• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırlıqlı oxucu ilə sıravi oxucunun 16 fərqi

Hazırlıqlı oxucu ilə sıravi oxucunun 16 fərqi
27.11.2014 13:14

Onedio.com sıravi oxucu ilə, hazırlıqlı oxucu arasındakı 16 fərqi təqdim edir.

 

1. Sıravi oxucu kitabın səhifələri azaldıqca sevinib tez-bazar qurtarmaq istəyir, hazırlıqlı oxucu isə kitab xoşuna gəlibsə, bitməsini istəmir.

 

2. Sıravi oxucu kitaba dalıb 4-5 səhifə boyunca oxuduğunu başa düşməsə də davam edir, amma hazırlıqlı oxucu geriyə qayıdıb başa düşmədiyi yerləri təkrar oxuyur.

 

3. Sıravi oxucu kitabın müəllifinin sadəcə adını eşidib, hazırlıqlı oxucu isə yazıçının həyat və yaradıcılığı haqda məlumatlıdır, digər əsərlərini də oxuyub.

 

4. Sıravi oxucu kitab oxuyanda diqqəti tez-tez dağılsa da, hazırlıqlı oxucu kitaba elə qapılır ki, hətta onu çağıranda da eşitmir bəzən.

 

5. Sıravi oxucu bir kitabı ikinci dəfə oxumağı vaxt itkisi hesab edir, amma əsl kitab oxuyan adam bir kitabı çox rahat şəkildə ikinci dəfə oxuya bilər. Bəzən bu rəqəm arta da bilər.

 

6. Sıravi oxucu kitabxanasını sadəcə yaxşı görünmək üçün  doldurur, əsl oxucu yaxşı kitab arxivi yaradır.

 

7. Sıravi oxucu filmi çəkilmiş hansısa romanın özünə deyil, filmə üstünlük verir, hazırlıqlı oxucu isə çox vaxt romanın özünə üstünlük verir.

 

8. Sıravi oxucu dostundan aldığı kitabı aylarla oxuyub qurtarmır, hazırlıqlı oxucu isə bir neçə günə kitabı sahibinə qaytarır.

 

9. Sıravi oxucu ona hədiyyə olaraq kitab veriləndə çox da məmnun qalmır, amma hazırlıq oxucu ona kitab hədiyyə ediləndə sevindiyindən uçur.

 

10. Sıravi oxucuya qalın kitablar qorxulu gəlir, əsl oxucu isə belə kitabları tərəddüd etmədən oxumağa başlayır.

 

11. Sıravi oxucu dincəlməyə gedərkən çantasına yerləşməyən kitabları evdə saxlayır, amma ciddi oxucu kitablara görə bəzi paltarlarını evdə saxlamağa razı olur.

 

12. Sıravi oxucu bekar qalanda kitab oxuyur, əsl kitabsevər isə hər yerdə, hər fürsətdə, hər zaman kitab oxuyur...

 

13. Sıravi oxucu kinosu, serialı çıxdıqdan sonra həmin kitabdan xəbərdar olur, əsl oxucu isə həmin kitabı çoxdan oxuyub.

 

14. Sıravi oxucunun kitablarının çoxu kitab marketlərindən alınıbsa, əsl kitab oxucusunun kitabları bukinistdən alınıb.

 

15. Sıravi oxucu artıq pulu olduğuna görə kitab alır, hazırlıqlı oxucu isə cibindəki son qəpiyi də kitaba xərcləyir.

 

16. Sıravi oxucu bəzən sırf üz qabığı xoşuna gəldiyinə görə hansısa kitabı alır, əsl kitabsevər üçünsə üz qabığının fərqi yoxdur.   

Kulis.az

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol