• $
  • €
  • ₽
  • ₺
  • £

Tar Londonda "kəşf edildi"

Tar Londonda "kəşf edildi"
28.11.2014 09:26
“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində “Tarın kəşf edilməsi” adlı konsert keçirilib.Londonun məşhur “Mərkəzi Vestminster” salonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev dünyada Azərbaycan mədəniyyətinin, musiqisinin və incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.Milli musiqi alətimiz olan tarın tarixindən bəhs edən N.Piriyev, onun geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alət olduğunu bildirib. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi istifadə edilir. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur.Azərbaycan musiqi sənətinin, beynəlxalq ictimaiyyət tərəfindən çox sevildiyini qeyd edən, N.Priyev tarix, mədəniyyət və incəsənətimizi yaxından tanımaq istəyənləri ölkəmizi ziyarət etməyə çağırıb.Daha sonra konsertdə azərbaycanlı sənətkarlar-Aslan Növrəsli, Munis Şərifov, Nurlan Növrəsli,Tərlan Növrəsli, Vüqar Şərifzadə, Çingiz Mustafayev və başqa musiqiçilərin ifasında tarın müşaiyəti ilə “Şur” muğamı, Azərbaycan xalq mahnıları və digər təsnif və muğamlarımız səsləndirilib.Konsertdə milli musiqi alətimiz tar ilə müasir musiqi alətlərinin vəhdəti dinləyicilərdə böyük maraq doğurub.Gecənin ikinci hissəsində Britaninayın məşhur “Royal Philharmonic Orchestra”sının ifasında “Bayatı Şiraz”, “Sarı Gəlin” və digər Azərbaycan xalq musiqisi numunələri, həmçinin Antonio Vivaldi kimi məşhur bəstəkarların repertuarlarından musiqilər səsləndirilib.//Anspress
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol