• $
  • €
  • ₽
  • ₺
  • £

Əfsanəvi caz ifaçısı Bakıya gəlir

Əfsanəvi caz ifaçısı Bakıya gəlir
01.12.2014 11:25
Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on qat "Qremmi” mükafatı laureatı Bobby McFerrin və qrupunun konserti keçiriləcək.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək konsert 2015-ci il fevralın 28-də olacaq.

Qeyd edək ki, Bobby McFerrin Manhattanda (Nyu York), opera müğənnisi Robert McFerrin və müğənni Sarah Cooperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən B.McFerrin ilk olaraq klarnet, sonradan fortepianoda ifa etməyi öyrənməyə başlayıb. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.

Musiqiçinin həyatında komediyaçı Bill Cosby ilə tanışlıq mühüm rol oynayıb. Hansı ki, 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütunu təşkil edib. Musiqiçinin ilk albomu 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. B.McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi” mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.

Saat 20:00-da başlanacaq konsertə biletlərin qiyməti 29-220 AZN-dir. Biletləri şəhərin kassalarından və 1 saylı "ASAN xidmət" mərkəzindən əldə etmək olar.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol