• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzində "Qarabağın səsi” - FOTOLAR

Heydər Əliyev Mərkəzində "Qarabağın səsi” - FOTOLAR
03.12.2014 09:08
Dekabrın 2-də Heydər Əliyev Mərkəzində "Qarabağın səsi” layihəsinin təqdimatı olub.

Məlumata görə, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.

Belə ki, "Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocəvənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi Əməkdar Artist Rain Sultanovdur.

Layihənin reallaşmasında Xalq Artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev bu layihənin ərsəyə gəlməsindən söz açıb.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində "Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.

Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söhbət açaraq, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu dərin təəssüflə qeyd edib. Xocalı hadisələri zamanı sağ qalan Yasəmən Həsənova ilə söhbətini xatırladan qonaq, bu xanımın indi Xocalıdan olanların övladlarına dərs dediyini və uşaqlara bu yerin necə gözəl olmasından söhbət açdığını diqqətə çatdırıb.

İan Peart belə bir layihənin ərsəyə gəlməsindən qürur duyduğunu, həmçinin azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına ümidini ifadə edib. Sonra Əməkdar Artist Rain Sultanov layihənin reallaşmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Daha sonra layihə haqqında film nümayiş olunub.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan digər xalqlara və onların mədəniyyətlərinə hər zaman açıq olub, burada klassik və caz musiqisi dərindən kök salıb. Albomdakı musiqilərdən bunun bir daha şahidi olmaq mümkündür. Bu əsərlərdə torpaqlarımızın işğal edilməsinə etiraz, bu itkidən fiziki və mənəvi əziyyət çəkən insanlara qarşı bir mərhəmət duyulur. Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan "Xocavənd”, "Xocalı”, "Zəngilan”, "Şuşa”, "Xankəndi”, "Kəlbəcər”, "Füzuli”, "Ağdam”, "Laçın”, "Cəbrayıl”, "Qubadlı” kompozisiyalarını ifa ediblər.  \azertag.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol