• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi yazıçılara müraciət etdi

Təhsil Nazirliyi yazıçılara müraciət etdi
16.12.2014 14:28
Azərbaycan Təhsil Nazirliyi Yazıçılar Birliyi, müvafiq ittifaqlar və yazıçılara müraciət edib.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, yeni hekayələrin yazılmasına ehtiyac var: "Təhsil Nazirliyi olaraq, dövlət adından Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik ki, rəqabət prinsipləri əsasında uşaq ədəbiyyatının yeni hekayələriin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların yaradılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq. Bütün təşkilati məsələləri - onların nəşrindən tutmuş məktəblərə, uşaq kitabxanalarına, elektron resurslara yerləşdirilməsini həyata keçirəcəyik”.

Nazir bu gün uşaq ədəbiyyatına marağın az olması ilə də razılaşmayıb: "Mən düşünmürəm ki, bugün uşaq ədəbiyyatına maraq yoxdur. Biz istər ölkədə, istər regionda müasir dövrdə yazılan uşaq ədəbiyyatına nəzər saldıqda görərik ki, bu gün tirajlarla satılan, nəşr olunan, hətta filmlər şəklində ekranlara çıxan uşaq ədəbiyyatı əsərlərinin sayı və tirajları artır”.

M.Cabbarov bildirib ki, bu məsələ ilə bağlı məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz. Onun sözlərinə görə, nazirlik nə müəllim, nə məktəb direktoru qarşısında yeni, dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq məqsədini qoya bilməz: "Qoysaq da, bu, düzgün olmaz. Çünki xalqımızın hər zaman çox gözəl şair, yazıçıları olub”.

Nazir əlavə edib ki, bu gün bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu yaxınlarda uşaq ədəbiyyatı ilə bağlı müsabiqə də elan edilib. Bu müsabiqə yeni əsərlərin, uşaq ədəbiyyatının yaradılmasına marağı oyatmağa və canlandırmağa yönəlib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol