• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi: "Təəssüf ki, səviyyəli filmlərin tamaşaçısı az olur"

Nazirlik rəsmisi: "Təəssüf ki, səviyyəli filmlərin tamaşaçısı az olur"
20.12.2014 15:00
"Azərbaycan kinosunda son illər canlanma müşahidə olunur. Azərbaycan filmlərinin dünyanın nüfuzlu festivallarında iştirakı, aldığı mükafatlar buna əyani sübutdur. Ciddi filmlər festivallarda uğur qazanır, amma daxili bazarda tamaşaçısı az olur".

Bunu "Report"a Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

O qeyd edib ki, ciddi filmlər, böyük tamaşaçı zalı üçün hesablanmır: "Təəssüf ki, ciddi, səviyyəli filmlərin tamaşaçısı az olur. Buna görə də ciddi filmlərlə, kommersiya filmlərinın eyni uğuru qazanmasını gözləmək düzgün deyil. Kommersiya filmləri maddi baxımdan gəlirli olur, amma kommersiya filmlərinə ciddi sənət əsərləri demək olmaz. Bu baxımdan da, hər filmin özünün təyinatı var".

Yusif Şeyxov Azərbaycan tamaşaçısında kinoteatra getmək mədəniyyətini formalaşdırmağın vacibliyini qeyd edib.

"Təəssüf ki, bizim tamaşaçı filmlərimizə televiziya ilə baxmağı daha çox sevir. Azərbaycan tamaşaçısının ayağını kinoteatra getməyə alışdırmaq lazımdır. Son illər bu sahədə kifayət qədər işlər görülür. Yaxın gələcəkdə kinonu sevən tamaşaçılarımız öz filmlərimizə kinoteatrlarda baxmağa üstünlük verəcəklər".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol