Ənvər Sadıqov: "Ada öyrəşməyimə vaxt lazımdır"

"Mən bir neçə gün sözün yaxşı mənasında özümə gələ bilmədim".
Bunu ANS PRESS-ə açıqlamasında "Günə Baxan"ın qonağı olan Xalq artisti Ənvər Sadıqov deyib.
Yenicə fəxri ad alan sənətçi bu xəbərdən sonra xoş bir məsuliyyət, gərginlik yaşadığını deyib. "Mənə elə gəlir ki, bu addan sonra bunlar daha da artacaq. Bundan sonra da musiqiçi kimi çalışıb daha artıq töhfələr verməyə çalışacam”.
Ə.Sadıqov bu xəbəri ustanın yanında alıb. Sənətçi 2007-ci ilin sentyabrında da "Əməkdar artisti” adı verilərkən evdə olmadığını qeyd edib.
"Zənglərdən, təbriklərdən vaxt tapa bilmirsən ki, baş verənləri analiz edəsən. Uzun müddət ərzində Əməkdar artist adına öyrəşmişdim, indi də yeni ada öyrəşməyim üçün bir qədər vaxt lazım olacaq".
Xalq aristi prezidentə təşəkkürünü bildirərək, ad günü münasibətilə təbrik edib.
ANN.Az