• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Kinoteatrlarda filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir”

Nazir: “Kinoteatrlarda filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir”
26.12.2014 23:37
 "Kinoteatrlarda bəzi filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir.

Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunaraq nümayiş olunmalı, ya da subtitrlərlə göstərilməlidir”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
 
Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən Ә.Qarayev əlavə edib ki, bütün kinoteatrlara məktub göndərilərək, yalnız dövlət reyestrinə daxil edilən filmlərin nümayiş olunmasına icazə verilib: "Hazırda bütün filmlər reyestrdən keçirilir. Amma burada bizə çətinlik yaradan başqa məsələ var ki, onlar həll olunmalıdır. Məsələn, bir filmin dünya premyerası olanda həmin film eyni gündə bir çox ölkələrdə eyni vaxtda göstərilir. Belə filmləri əvvəlcədən reyestrdən keçirmək mümkün olmur. Filmi alanların da imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi olduğu kimi nümayişə buraxırlar. Bu da "Dövlət dili haqqında" qanunla ziddiyyət təşkil edir. Bu səbəbdən biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa, titr vasitəsilə tərcümə olunandan sonra nümayiş olunsun”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol