• $
  • €
  • ₽
  • ₺
  • £

"Sədi Sani Qarabaği əsərləri" kitabı çap olunub

"Sədi Sani Qarabaği əsərləri" kitabı çap olunub
27.12.2014 10:02
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevanın birgə tərtibatı ilə "Sədi Sani Qarabaği əsərləri" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.

 APA-nın məlumatına görə, əlyazma mənbələri əsasında qələmə alınan, yeni faktlarla zəngin olan nəşrdə şairin həyat və yaradıcılığı, yetişdiyi və yaşadığı ədəbi mühit, eyni zamanda əsərlərinin tərcüməsi yer alıb.
 
Sədi Sani Qarabağinin indiyədək çap olunmamış bir sıra şeirləri kitabda oxuculara təqdim edilib.
 
Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, ön sözün müəllifləri isə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevadır.
 
Qeyd edək ki, Sədi Sani Qarabaği XIX əsrdə Qarabağın Cinli kəndində doğulub. Onun təvəllüd və ölüm tarixi dəqiq məlum deyil. Amasiyada xəlvətilik təriqətinin aparıcı simalarından olan Hacı Mir Həmzə Nigarinin müridi olub. Şairin Amasiyada öldüyü bildirilir.
 
İlahə Vəliyeva "APA Holding”ə daxil olan APA TV-nin əməkdaşıdır.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol