• $
  • €
  • ₽
  • ₺
  • £

Xuan Rulfonun son əsəri Azərbaycan dilində

Xuan Rulfonun son əsəri Azərbaycan dilində
29.12.2014 12:06
Meksika yazıçısı Xuan Rulfonun "Pedro Paramo” romanı Azərbaycan dilində nəşr olunub.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, roman Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) "Tərcümə Mərkəzinin Kitabları” seriyası çərçivəsində işıq üzü görüb. Romanı dilimizə yazıçı, tərcüməçi Yaşar çevirib.

"Pedro Paramonu yazsaydım, mən də yazıçılığın daşını atardım”. Meksika yazıçısı Xuan Rulfonun uzun illər susmağının səbəbini Latın Amerikası ədəbiyyatının digər nəhəngi – kolumbiyalı Qabriel Qarsiya Markes belə izah etmişdi. Markes həm də yazıçının bu susqunluğundan şübhəli idi. O, X.Rulfonu Latın Amerikası nəsrinin korifeyləri arasında özünün ən əsas rəqibi sayırdı. 1986-cı ildə Xuan Rulfon 68 yaşında vəfat edəndə məlum oldu ki, 1955-ci ildə dərc etdirdiyi hekayələr toplusunun ardınca onun həmin ildə yazdığı "Pedro Paramo” adlı bu ilk romanı həm də yazıçının son əsəri imiş. Beləcə, həcmcə yığcam bu iki kitabı və 31 illik sükutu ilə az yazmağın dahisi ədəbiyyatda kəmiyyət anlayışını alt-üst etdi.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol