İbonun başı dərddə: nitqi tutulub və həkimini məhkəməyə verib

Son illər tanınmış arabesk müğənnisi İbrahim Tatlısəsin işləri heç gətirmir. Sonuncu talesiz hadisədən - sui-qəsddən sonra səhhəti ilə bağlı problemlərdən can qurtara bilmir. Yuxu apnesi - yuxuda nəfəs kəsilməsi problemi ilə üzləşən İbo həkimin məsləhəti ilə cərrahi əməliyyat olunub.
ANN.Az xəbər verir ki, amma bu əməliyyat onun səhhətindəki problemi düzəltmək əvəzinə daha da pisləşdirib. Əvvəllər sadəcə yatarkən nəfəsində problemi olan İbrahim Tatlısəs əməliyyatdan sonra həm nəfəsdarlığı yaşamağa başlayıb, həm də nitqi tutulub. Elə bu səbəbdən də İ.Tatlısəs onu əməliyyat edən və Türkiyədə tanınmış burun-boğaz həkimi İsmayıl Koçakı məhkəməyə verib. O, həkimindən 50 min lirəlik təzminat istəyir.
Həkim İ.Koçak da öz növbəsində İbrahim Tatlısəsə qarşı iddia qaldırıb - şərəf və ləyaqətini Twitter sosial şəbəkəsində payhlaşdığı tvitlərdə tapdaladığı üçün - 100 min lirəlik təzminatla.
Artıq qarşılıqlı iddialarla bağlı İstanbul Asliyə Hüquq Məhkəməsində proses başlayıb və ilk iclas keçirilib. İlk məhkəmə iclasında İ.Tatlısəsin sonuncu həyat yoldaşı və bu yaxınlarda rəsmən boşandığı Ayşegül Yıldız, eləcə də menejeri Eyyub Kanat şahid qismində ifadə verib.
ANN.Az

A.Yıldız məhkəmədə qeyd edib ki, sui-qəsddən sonra Tatlısəsin nitqində heç bir problemi olmayıb: "O sadəcə yatarkən nəfəs darlığı yaşayırdı. Doktor İsmayıl Koçak əməliyyat olarsa, hər çeyin qaydaya düşəcəyini dedi. Amma əməliyyatdan sonra durum daha da pisləşdi. Artıq o, danışarkən belə nəfəsi kəsilir, nitqi tutulurdu. Artıq vəziyyət o həddə çatmışdı ki, qolunun iflic olması onu narahat etmirdi, nəinki burnunun tutulması".
Məhkəmə prosesi 2015-ci ildə davam edəcək.
ANN.Az