• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi
16.01.2015 12:49
Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevin səhhətində problemlər yaranıb. Həkimlər "Atreskleroz” xəstəliyndən əziyyət çəkən sənətkarın ayaqlarında təcili əməliyyat olunmasına qərar veriblər.

Bu barədə Publika.az-a aktyorun özü məlumat verib: "İki ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm, amma aparılan müalicələrin heç bir effekti olmayıb. Bir neçə dəfə İrana müalicəyə getdim, ayaqlarımdakı damar problemi aradan qalxmadı. Bakıda Almaniyadan gələn həkimin yanında oldum, o məni çox qorxutdu. Dedi ki, təcili əməliyyat olunmalısan, əks halda, ayaqlarını itirə bilərsən. O, mənim təcili Almaniyaya gedib, orda əməliyyat olunmağımı tapşırdı. Amma onu da bildirdi ki, bu əməliyyatın qiyməti 13 min avrodur. Hələ viza pulu, yol və digər xərclərini demirəm. Aktyor adamam, mənim bu qədər pulum hardandır. Əslində mən öz həkimlərimizə inanıram. Aktyor həmkarım Rəhman Quliyevin ayaqlarını müalicə edən həkimin yanında oldum. Diaqnostikaya getməliyəm, yeni bir dərman pereparatı var, iynə şəklində damara vurulur və bütün bədənə yayılır. Həkimin dediyinə görə, ondan sonra "Rentgen” olunacağam və bütün damarlarım görünəcək. Xəstə damar tapılıb, yenisi ilə əvəzlənməlidir”.
 
İmkansızlıq üzündən hələ ki, bu əməliyyatın ləngidiyini deyən aktyor bu barədə danışmaq istəmədiyini də bildirdi: "Xoşlamıram öz problemlərimlə insanları yorum. Bəzən mənə deyirlər ki, niyə bu barədə heç yerdə danışmırsınız, axı siz Xalq artistisiniz. Deyirəm ki, mən yolçu deyiləm axı, gedib kiməsə ağız açım”.
 
Qeyd edək ki, Yasin Qarayev  Gənc Tamaşaçılar Teatrının səhnəsində və televiziya tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol