• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət və incəsənət xadimləri təltif edildi

Mədəniyyət və incəsənət xadimləri təltif edildi
23.01.2015 12:29
Xalq Artisti, Prezident təqaüdçüsü, "Şöhrət” ordenli rejissor Cənnət Səlimova 75 yaş, Şəki Dövlət Dram Teatrının aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədovun 60 yaş yubileyləri münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif ediliblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olan C.Səlimova Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin "O olmasın, bu olsun”, İ.Kalmanın "Silva”, "Maritsa", F.Leqarın "Şən dul qadın" tamaşalarına və Opera və Balet Teatrında R.Leonkavallo "Payatsi”, C.Verdinin "Traviata”, C.Puççini "Boqema” operalarına quruluş verib.

Xanlar Həşimzadə müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında U. Şekspirin "Kral Lir” faicəsində Fransız Kralı, M.F.Axundzadənin "Hacı Qara”sında Hacı Qara, "Lənkəran xanın vəziri”ndə Mehtər Kərim, "Molla İbrahimxəlil kimyagər”ində Molla İbrahimxəlil, C. Məmmədquluzadənin "Dəli yığıncağı"nda Molla Abbas, H. Cavidin "İblis”ində İxtiyar və digər bir çox maraqlı obrazlar yaratmaqla tamaşaçıların rəğbətini qazanıb.

Şəki Dövlət Dram Teatrının digər aktyoru Oqtay Əhmədov isə U.Şekspirin "Romeo və Culyetta” əsərində Əczaçı, B.Brextin "Arturo Uinin karyerası”nda Ölüm, Vannusun "Şah ya qeyrisi, şah elə şahdır” tamaşasında Təlxək, R.Əlizadənin "Tıq-tıq xanım” tamaşasında Dozanqurdu və s. bu kimi maraqlı obrazlar yaradıb. //report.az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol