• $
  • €
  • ₽
  • ₺
  • £

Vatikanda saxlanılan "Azərbaycana aid əlyazmalar" kitabı çap ediləcək

Vatikanda saxlanılan "Azərbaycana aid əlyazmalar" kitabı çap ediləcək
23.01.2015 13:54
"Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabı yaxın zamanda işıq üzü görəcək.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu haqda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, kitabın redaktoru Paşa Kərimov məlumat verib.

O bildirib ki, kitab kataloq formasındadır: "Kitabda Vatikan arxivlərində olan 100-ə qədər Azərbaycan əlyazması haqqında məlumat öz əksini tapıb. Kitaba Nizami, Nəsimi, Füzuli və başqa ədəbiyyat nümayəndələrimizin Azərbaycan, fars və ərəbdillərində olan və Vatikan arxivlərində saxlanılan əsərləri daxil edilib".

Direktor müavini onu da deyib ki, ədəbiyyata məlum olmayan yazarların da əsərləri kitabda yer alıb: "Nümunə olaraq, Baba Həsən Şirvaninin astronomiyaya aid əsərini, Mənaqifi Şeyx Əli Səmərqəndinin orta əsrlərdə yaşamış Seyid Yəhid Şirvani deyilən azərbaycanlı alimin oğlunun həyatı haqqında yazdığı əsərini göstərmək olar. Bu əsər indiyə qədər elmə məlum olmayan əsərdir".

Artıq layihənin tamamlandığını deyən P.Kərimov əlavə edib ki, hazırda kitab "Elm və təhsil" nəşriyyatında çap olunmağa göndərilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol