• $
  • €
  • ₽
  • ₺
  • £

“Ramiz Novruz mənə “ilişə” bilməz” - Maqbet Bünyadov

“Ramiz Novruz mənə “ilişə” bilməz” - Maqbet Bünyadov
23.01.2015 16:34
Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz publika.az-a müsahibəsində sözügedən teatrın bugünkü direktoru İsrafil İsrafilovu tərifləsə də, ondan əvvəlkiləri aşağılayıb: "Bu vaxta kimi bir çox direktorlar teatra yalnız obyekt kimi baxıblar”.

Teatrın sabiq direktoru Maqbet Bünyadovun xalq artisti Ramiz Novruza cavabı özünü çox gözlətməyib.

O, AzNews.az-a Ramiz Novruz haqqında öz rəyini çoxdan verdiyini deyib.

Maqbet Bünyadov bildirib ki, Ramiz Novruz onun vaxtilə dediyi fikirlərə görə belə danışır: "Mən haçansa onun arxasınca dediyim bir fikrin bu gün ağrısını çəkirəm. O, əvvəldən də elə idi. Bir-iki aktyora demişəm ki, ola bilər ki, sən dünən aktyor olmusan, bu gün isə gücün çatmır. Sabahın isə aktyoru deyilsən, vəssalam. Mənə teatrdan zəng edib dedilər ki, Ramiz Novruz sizin ünvanınıza belə ifadə işlədib. Ramiz mənə ilişə bilməz. O teatrda məni hamı istəyir”.

M.Bünyadov onu da əlavə edib ki, Akademik Milli Dram Teatrına obyekt kimi baxmaq Ramiz Novruzovun fikridir: "Əgər Ramiz bu Teatrı obyekt hesab edirsə, qoy etsin. Tarixinə baxın, ora bir nömrəli obyektdir, özü də məsuliyyətli obyektdir. Mənim heç kimlə işim yoxdur. Pensiyaya çıxmışam, məndən sonra da kimsə gəlməli idi. İsrafil İsrafilovun idarəçiliyi zəif ola bilər, amma mən onu alim kimi qəbul edirəm. İncəsənət çoxlu alim yetişdirib, sayı-hesabı yoxdur. Onların da biri İsrafil müəllimdir. Mən indi Teatrda baş verənlərə qarışmıram. Qarışsam, gərək, onda gedib Ramiz Novruzun qarşısını kəsim və ...”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol