Reanimasiyaya yerləşdirilən Xalq artistindən xəbər var

"Azərbaycan Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti stabil ağır olaraq qalır”.
Bu sözləri AzNews.az-a açıqlamasında Xalq artistinin bacısı Sevil xanım məlumat verib. O bildirib ki, N. Əhmədovanın səhhəti ilə bağlı analizlərin cavabları bu gün məlum olacaq: "Həkimlər əlindən gələni edirlər. Artıq özünə gəlib, az-az danışır. Biz də Allaha ümidliyik”.
Qeyd edək ki, Xalq artisti N.Əhmədova hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə dünən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.
ANN.Az