• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tapılan qədim pulların kataloqu hazırlanır

Azərbaycanda tapılan qədim pulların kataloqu hazırlanır
24.01.2015 17:10
Azərbaycan Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyasına üzv seçilib

Bəzi dünya ölkələrinin Azərbaycan ərazisində tarix boyu dövriyyədə olan sikkələrinin kataloqu hazırlanır.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yanında Elmi-mədəni mərkəzin baş elmi işçisi, numizmat assosiasiyasının üzvü Qənirə Pirquliyeva məlumat verib.

O bildirib ki, Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyasının ötən il Rusiyada keçirilən konfransında Azərbaycan da quruma üzv seçilib: "Bu assosiasiya gömrük və ticarət sahəsində iş aparan çox böyük bir qurumdur. Assosiasiyaya dünyanın 20 ölkəsinin elm adamları daxildir. Hər il üzv ölkələrin birində assosiasiyanın beynəlxaq konfransı keçirilir. Keçən il Rusiya Federasiyasının Kolomna şəhərində qurumun üçüncü konfransı keçirilib. Həmin tədbirdəki çıxışımın məqsədi Azərbaycanın hansı dövrlərdə hansı ölkələrlə, hansı səviyyədə ticarət əlaqələrinin olmasını numizmatik materiallar əsasında bir daha göstərməkdir".

Q.Pirquliyeva deyib ki, son 5-6 ildə tapılan numizmatik materiallar ən çox Azərbaycan tarixinin orta əsrlər dövrünə, V-XVIII əsrlərə aid olan sikkələr, dəfinələrdir: "Nadir hallarda Avropa sikkələri də tapılır. Nümunə olaraq iki il bundan əvvəl Şəmkir qazıntıları zamanı VI əsr Bizans dönəminə aid çox nadir sikkəni göstərə bilərik".

Qeyd edək ki, Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyası 2013-cü ildə Rusiyada yaradılıb.



ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol