• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti ev şəraitinə görə xəstəxanadan çıxa bilmir

Xalq artisti ev şəraitinə görə xəstəxanadan çıxa bilmir
28.01.2015 10:55
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın sağlıq durumu yaxşıdır. Aktrisa rahat gəzə bilir, nitqində heç bir problem yoxdur.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nəriman Məmmədov bildirib.

Nəriman Məmmədov xalq artistinin vəziyyətinin yaxşı olmasına baxmayaraq, hələlik reanimasiyada qaldığını deyib: "Nuriyyə xanımın vəziyyəti yaxşıdır. Onu lap bu gün evə yaza bilərik. Amma Nuriyyə Əhmədovanın ev şəraitini bildiyimizə görə, hələlik burada qalmasını məsləhət görmüşük. Reanimasiyada qalmasının səbəbi isə, palatalarda olan vəziyyətlə əlaqədardır. Belə ki, hər palatada 4 nəfər xəstə müalicə alır. Nuriyyə Əhmədovanın rahatlığı və sakitliyi baxımından onun reanimasiyada qalmasını məqsədəuyğun bildik. Rahat evi, şəraiti olsa onu lap bu gün evə yazarıq."

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova yanvarın 23-də hipertoniya və qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər Nuriyyə Əhmədovanın insult keçirdiyini deyiblər.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol