• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış yazıçı: “Arvadım təzə romanıma “zibil” dedi”

Tanınmış yazıçı: “Arvadım təzə romanıma “zibil” dedi”
29.01.2015 21:59
Tanınmış Britaniya yazıçısı Kazuo Ishiguro 9 ildən sonra oxucularının görüşünə yeni kitabla gəlir.

"Buried Giant” (Basdırılmış Nəhəng) adlanan roman "yarım-mifik” dəmir dövründə qoca ər-arvadın Britaniya adasını gəzib dolaşaraq oğlunu axtarması haqdadır.

Yeni kitabı təbliğ etmək üçün yazıçı martda Britaniyanın 7 şəhərinə səfər edəcək.

1989-cu ildə "Günün qalan hissəsi” romanı ilə ingilisdilli ölkələrin ən nüfuzlu mükafatına – "Buker”ə layiq görülən İshiguro deyib ki, yeni romanı üzərində xeyli işləməli olub.

Çünki arvadı ilk variantını oxuduğu əsərə "zibil” deyib:

"Düşündüm ki, onun verdiyi qiymət bir qədər sərtdi. Amma neyləyəsən. Ona görə ilk variantı bir kənara qoydum. Hər şeyi sıfırdan başlamaq üçün enerji toplamalı idim və buna müəyyən qədər vaxt lazım oldu”.

Yazıçının 2005-ci ildə çap olunan "Heç zaman məni getməyə qoyma” romanı oxucular arasında daha populyardır. "Time” jurnalı romanı "Bütün dövrlərin ən yaxşı 100 romanı” siyahısına daxil edib. Əsər əsasında film də çəkilib.

Yapon əsilli İshiguro 1954-cü ildə Naqasakidə doğulub. 

"Telegraph"a istinadla OxuZalı
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol