Azərbaycan kulinarları qızıl medal qazandı

"Beynəlxalq Kulinariya Çempionatında komanda üzvlərinin əksəriyyətinin gənc olmasına, belə beynəlxalq yarışlarda birinci dəfə iştirak etmələrinə baxmayaraq komandamıza qızıl, gümüş və bürünc medallar qazandırdılar".
Bu sözləri Milli Kulinariya Mərkəzinin Rəhbəri Tahir Əmiraslanov bugün keçirdiyi mətbuat konfransında deyib. Beynəlxalq çempionatda münsif qismində Azərbaycanı Tahir Əmiraslanov təmsil edib.
Tahir Əmiraslanov konfransda çıxışı zamanı bildirdi ki, Türkiyənin İstanbul şəhərində keçirilmiş 13-cü Kontinentlərarası Beynəlxalq Kulinariya Çempionatında dünyanın 37 ölkəsi ilə bərabər Azərbaycan Milli Kuninariya Komandası da iştirak edib:
"Kontinentlərarası Beynəlxalq Kulinariya Çempionatında komandımızı 10 iştirakçı təmsil edib. Həmin iştirakçılar Beynəlxalq Kulinariya Çempionatında 6 qızıl, 7 gümüş, 3 bürünc medal qazanıblar. Komandamızın üzvlərinin gənc olmasına və belə beynəlxalq yarışlarda bəzi üzvlərin ilk dəfə iştirak etmələrinə baxmayaraq yaxşı nəticə göstərərək, qızıl, gümüş, bürünc medallar qazandılar. Bu cür yüksək nəticə göstərəcəklərinə çoxda ümid etmirdim. Çünki həmin yarışda adicə 4-cü yerə sahib olmaq çox büyük uğurdur. Bu nəticə nəinki bizim üçün həm də bütün Azərbaycan üçün böyük uğur və qələbədir. Qələbə qazanmaqda iştirakçıların yaxşı iş görməsi ilə yanaşı beynəlxalq yarışa Azərbaycandan aparılan yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi".
Bundan başqa Milli Kulinariya Mərkəzinin Rəhbəri Tahir Əmiraslanov bu cür beynəlxalq yarışlarda daha çox iştirak edəcəklərini və bir neçə beynəlxalq yarışlardan dəvət aldıqlarını bildirib.
Orxan Aslanlı
ANN.Az