• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur ingilis aktyor: “Həyat tanrısız daha sadə, daha təmizdir”

Məşhur ingilis aktyor: “Həyat tanrısız daha sadə, daha təmizdir”
04.02.2015 13:06
"Tanrı qətiyyən hörmətə layiq deyil.

Elə ki onu bir kənara qoydun, həyat daha sadə, daha saf, təmiz, daha yaşamalı olur”.

İngiltərənin tanınmış komediya ustası Stephen Fry bunu ötən bazar axşamı RTE telekanalının "Həyatın mənası” proqramında söyləyib.

OxuZalı "Guardian”a istinadla xəbər verir ki, onun tanrı haqda dedikləri birmənalı qarşılanmayıb.

Proqramdan bir parça Youtuba da qoyulub. İndiyəcən ona 4 milyon adam baxıb. (Şərh hissəsi artıq bağlanıb)

Aktyor tanrını şər qüvvə adlandırıb.

Aparıcı ondan soruşub ki, əgər ölsəydi və tanrıyla üz-üzə gəlsəydi, ona nə deyərdi.

Fry-ın cavabı belə olub: "Soruşardım ki, bu qədər əzab-işgəncə olan (hansı ki bizim günahımızdan baş verməyib) dünyanı niyə yaratmısan? Axı bu düzgün deyil…

Bu qədər ədalətsizliyin olduğu dünyanı yaradan tanrı eqoistin biridir, biz hələ bir diz çöküb ona təşəkkür də etməliyik”.

Aktyor xərçəng xəstəliyinə tutulan, yaxud həşərat dişlədikdən sonra kor olan uşaqların əzablarını yada salaraq "axı tanrı bütün bunların olmadığı dünya da yarada bilərdi” – deyib. 

Oxu Zalı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol