• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Polad Bülbüloğluna orden verdi

Putin Polad Bülbüloğluna orden verdi
05.02.2015 11:43
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın xalq artisti Polad Bülbüloğlunu "Şərəf” ordeni ilə təltif edib.

Oxu.Az xəbər verir ki, bu barədə dünən Heydər Əliyev adına sarayda keçirilən Polad Bülbüloğlunun 70 illik yubiley gecəsində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Şvıdkoyun sözlərinə görə, Vladimir Putin Polad Bülbüloğlunu bu ali mükafatla Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə təltif edib.

Yubiley mərasimində həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva şəhərinin meri Sergey Sobyaninin, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin də Polad Bülbüloğluya ünvanlanmış təbrikləri oxunub.

Təntənəli yubuley gecəsində SSRİ xalq artisti İosif Kobzon, Rusiyanın əməkdar artisti Bari Alibasov, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev, müğənnilər Nikolay Baskov, Alsu, Dmitri Malikov, Vaxtanq Kikabidze, Tamara Qverdsiteli və digər tanınmış qonaqlar iştirak edib.

Polad Bülbüloğlu yubiley gecəsində öz tanınmış əsərlərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə ifa edib.

Tədbirdə yubilyara gözlənilməz sürpriz təqdim olunub. Polad Bülbüloğlunun 14 yaşlı oğlu Murtuza Bülbül Simfonik Orkestrin dirijor pultu arxasına keçərək atasının müəllifi olduğu əsərlərin ifasına dirijorluq edib.

Beş saata yaxın davam edən konsertin sonunda Polad Bülbüloğlu bir arzusunun olduğunu deyib.

"Arzu edirəm ki, gələn il bu günü Qarabağda Cıdır düzündə qeyd edək. Qarabağda görüşənədək”, - o deyib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol