• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Rafiq Əzimov 77 yaşını qeyd edir

Xalq artisti Rafiq Əzimov 77 yaşını qeyd edir
06.02.2015 11:46
Bu gün Azərbaycan teatr və kinosunun görkəmli aktyoru, xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimovun 77 yaşı tamam olur.

Xalq artisti "Report"a açıqlamasında özünü yaxşı hiss etdiyini deyib.

"Doğma teatrımın səhnəsində obrazlar yaradıram. Məni unutmayıblar. Hər zaman diqqət mərkəzindəyəm", - o bildirib.

Rafiq Əzimov bu yaxınlarda yeni tamaşanın məşqlərinə başlayacağını da bildirib: "Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yaxın günlərdə İoneskonun "Stullar" əsəri əsasında tamaşa hazırlanacaq. Rejissor Rus Dram Teatrından dəvət edilib. Əsərdə mən, xalq artistləri Həmidə Ömərova və Hacı İsmayılov çıxış edəcəyik. Tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir. Maraqlı tamaşa olmalıdır. Akademik Milli Dram Teatrının səhnəsində hələlik yeni tamaşada rolum yoxdur. Repertuarda olan əksər tamaşalarda rollarımı ifa edirəm".

Qeyd edək ki, Rafiq Əzimov 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışan Rafiq Əzimov 53 ildir doğma teatrının səhnəsindədir. O, Azərbaycan kinosunda da, bir-birindən maraqlı obrazlar ifa edib. R.Əzimov həm də Prezident təqaüdçüsüdür.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol