• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır

Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır
06.02.2015 15:23
Teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və qanunun tələblərini pozduqda lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımı Şuranın qərarı ilə müvəqqəti dayandırıla bilər

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihəyə əsasən qanunun 16-cı maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilir. Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, MTRŞ-ın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan bu dəyişiklik o deməkdir ki, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif edilən varianta əsasən məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ) müraciət olunur.
 
23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol