• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda kino bazarı yoxdur” – Rejissor-ssenarist

“Azərbaycanda kino bazarı yoxdur” – Rejissor-ssenarist
10.02.2015 14:45
"Bakı kimi böyük şəhərdə 20-30 kinoteatr olmalıdır. Mən bilməliyəm ki, çəkəcəyim filmi harada nümayiş etdirəcəm”.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor-ssenarist, "Ssenari mərkəzi”nin rəhbəri İntiqam Hacılı deyib.

Onun sözlərinə görə, təkcə "28 may” və "Park bilvar”da filmləri satmaq mümkün deyil.
İntiqam Hacılının fikrincə, "Nərimanov” metro stansiyasından "İçərişəhər”ə kimi kinoteatrlar olmalıdır.

"Tamaşaçıları düşünmək lazımdır. "Həzi Aslanov”, yaxud da "Əhmədli” metrosunun yaxınlığında yaşayan insan işdən sonra hansı həvəslə evdən çıxıb "Sahil” metrosunun yaxınlığına filmə baxmağa gedər? Elə onun gəlib getməyi, hardasa iki saata kimi vaxt aparacaq. Evinin yanında isə onun 15 dəqiqə vaxtı itəcək. Necə deyək ki, Buzovnadan gəl, "Sahil” metrosunda filmə bax? Bu adam niyə 4 saat vaxtını itirməlidir? Olmaz ki, elə Bakının hər qəsəbəsində kinoteatr olsun? Buzovnada yaşayan insan bazarlıq üçün "Memar Əcəmi” metrosuna gəlmir ki?
Ancaq onu da deməliyəm ki, son vaxtlar kinoteatr sistemi də düzəlməyə doğru gedir. İndi bir çox ticarət mərkəzlərində kino evləri var. Amma Azərbaycanda Bakıdan savayı, Gəncə, Şamaxı və digər şəhərlər də var. Orda yaşayan insanları da düşünməliyik”, - deyə "Ssenari mərkəzi”nin rəhbəri bildirib.

Rejissor hesab edir ki, Azərbaycan kinosunun uğurunda lazımı təşkilatlar o qədər də maraqlı deyil:
"Kinomuzun səviyyəsini yüksəltmək üçün hazırda bu sahədə böyük işlər görülmür. Gənc rejissorların da kinoya marağı azalıb. Onlar heç olmasa il ərzində qısametrajli film də çəkmirlər. Əslində gənclərlə işləmək, onlara dəstək olmaq lazımdır. Ölkə prezidentinin Azərbaycan kinosunun inkişafı ilə bağlı imzaladığı Dövlət proqramında göstərilən bəndlər yerinə yetirilsəydi, həqiqətən də Azərbaycanda kinematoqrafiya sahəsinin mənzərəsi başqa cür olardı. Bəlkə də olacaq, ancaq hələ o vaxta çox var. Ancaq bəzi uğurlarımız da var. Misal üçün, Elçin İsaoğlunun çəkdiyi "Nabat” filmi Avropa ölkələrində keçirilən festivallarda nümayiş olunur. Bu da Azərbaycan kinosunun kiçik bir uğurudur. Böyük uğurlar əldə etmək üçün isə sadalanan bütün problemlər kompleks həll edilməlidir”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol