• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Mirəliyev yenə əsəbiləşdi: “Kişilər üçün də gözəllik yarışması keçirilsin...”

Əli Mirəliyev yenə əsəbiləşdi: “Kişilər üçün də gözəllik yarışması keçirilsin...”
13.02.2015 22:15
"Telekanalların efirləri biabırçılıqdır"

Müğənni Əli Mirəliyev bu günlərdə keçiriləcək "Azərbaycan gözəli” müsabiqəsinə münasibət bildirib.

Musavat.com-un əməkdaşına danışan sənətçi maraqlı ideyasını açıqlayıb: "Qoy, kişilər üçün də gözəllik yarışı keçirilsin və gedək, Qarabağı onlarla birlikdə azad edək. Əsəbləşirəm, belə olayları eşidəndə... Bizim torpaqlarımız işğal edilib, onlar burada keyf edib, gözəlliklər keçirirlər. Bu, heç doğru deyil. Bir şeyi artıq anlamaq lazımdır ki, ermənilər bizə torpaqlarımızı elə-belə verməyəcəklər. Onlar bu torpaqları bizə qaytarmağı heç ağıllarından da keçirmirlər. Mən yuxarıdan əmr gözləyirəm, cavab gələn kimi özüm birinci döyüşə gedib, özüm öz əllərimlə o torpaqlarımızı azad edəcəm. Bir azərbaycanlı, professional musiqiçi, əsl kişi kimi mənim ən böyük arzum budur".

Müğənni daha sonra telekanalların efirlərindəki biabırçılıqlardan da danışıb: "Mənim 65 yaşım var, inanıram ki, 70 yaşımda da hələ o torpaqları görə bilməyəcəm. Oturmuşuq, burada keyf edirik, gah əməkdar, gah da xalq artisti yetişdiririk. Televiziya efirlərində isə biabırçılıqlar baş alıb, gedir. Yalandan danışan kim, yaltaqlıq edən kim... Onların üzünü görməmək üçün mən artıq bir ilə yaxındır ki, öz kanllarımıza baxmıram. Nə qədər ki, torpaqlarımız geri qayıtmayıb, o kanallara baxmağı özümə qadağan etmişəm”.

Qeyd edək ki, bu günlərdə realiti-şou televiziya layihəsi əsasında "Azərbaycan gözəli” müsabiqəsi keçiriləcək.

Müsabiqədə ölkəmizin bütün regionlarını əhatə edəcək xanımlar iştirak edəcəklər. Müsabiqəyə qatılacaq xanımlar Azərbaycanın milli geyimlərində yarışacaqlar.


ANN.Az








Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol