• $
  • €
  • ₽
  • ₺
  • £

Sevinc Çılğının hekayələr kitabı işıq üzü gördü - FOTO

Sevinc Çılğının hekayələr kitabı işıq üzü gördü - FOTO
18.02.2015 17:10
Yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin 13 hekayəsi daxil edilib. 

Müəllif kitabını oxuculara belə təqdim edir: "YUMURTA" – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…" 

Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub,  "Cift" və "Döl" adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq yazarın ilkin və sonrakı hekayələri toplanıb.  

Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır. 

Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz hekayələrinə görə, "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib.

"Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk kitabında yazarın şeirləri toplanmışdı.

Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu barədə oxuculara əlavə məlumat veriləcək.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol