• $
  • €
  • ₽
  • ₺
  • £

İlin ən yaxşı cizgi filmi Park Cinema-da

İlin ən yaxşı cizgi filmi Park Cinema-da
19.02.2015 19:06
 Park Cinema Metropark-da "Həyat kitabı” adlı cizgi filminin premyerası baş tutub. Mərasimdə məşhur teleaparıcı və xeyriyyəçi Hacı Nuran xüsusi qonaq qismində iştirak edib. 3D cizgi filminin nümayişində media nümayəndələri, bloqqerlərlə yanaşı, internat məktəbinin sakinləri  də iştirak ediblər.

"Həyat kitabı” Meksika mədəniyyətindən ilhamlanmış nadir stilistika ilə dolu canlı cizgi filmidir. Bu film Meksikada Ölülər Günü ərəfəsində yaşanan romantik sevgi əhvalatı haqqındadır. Gülməli, cəlbedici, həyəcanlandırıcı və vacib məqamlara toxunan, rejissor Xorxe R. Qutyerresin bu cizgi filmi finalda böyük və balaca tamaşaçıların heyranlığına səbəb oldu. Filmin prodüseri və ruhlandırıcısı - müasir fantastika və qəmgin fentezinin rejissoru, "Favnın labirinti”, "Hellboy” və "Sakit Okean hüdudu” filmlərinin yaradıcısı – Gilyermo Del Torro olması yəqin ki kinomanları cəlb edəcək.

Seansdan sonra Hacı Nuran nümayişdən sonra filmlə bağlı fikirlərini açıqlayıb: "Filmdə bəhs edilən sevgi əhvalatı tamaşaçıya çox gözəl çatdırılır. Film o qədər maraqlıdır ki, nümayiş boyunca bir saniyə də olsun gözünü ekrandan çəkə bilmirsən. Cizgi filminin gözəlliyi adamı heyran edir və bir nəfəsdə izlənilir. İnanmazdım ki, animasiya filmi böyüklər üçün də bu dərəcədə maraqlı ola bilsin”.

Hacı Nuran gündəlik həyatın sevinclərindən zövq ala bilməyən uşaqlar üçün xeyriyyəçilik aksiyalarının vacibliyindən danışıb.

Qeyd etdi ki,cizgi filmləri mənəvi tərbiyə və yardım üçün ən yaxşı üsuldur. Park Cinema kinoteatrlar şəbəkəsinin PR meneceri Sinan Ağayev isə bu il ərzində  çoxsaylı xeyriyyəçilik aksiyalarının planlaşdırıldığını bildirib. fevralın 27-dən etibarən Park Cinema şəbəkəsinin bütün kinoteatrlarında "Həyat kitabı”nın nümayişi başlanılacaq.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol