• $
  • €
  • ₽
  • ₺
  • £

"British Council" Azərbaycan mədəniyyətinə töhfə verəcək

"British Council" Azərbaycan mədəniyyətinə töhfə verəcək
25.02.2015 12:55
Fevral 24-də ölkəmizdə fəaliyyət göstərən Böyük Britaniyanın "British Council” təşkilatı Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan muzeylərində fəaliyyət göstərən mütəxəssislərin inkişafı, eləcə də muzeylərə ictimai marağının artırılması sahəsində uzunmüddətli layihə reallaşdırmaq məqsədilə "dəyirmi masa” keçirib.

"British Council” təşkilatından AzərTAc-a bildirilib ki, Milli İncəsənət Muzeyində baş tutan tədbirdə layihə barədə məlumat verilib.

Bildirilib ki, "British Council”un muzey, kitabxana və arxiv sahəsi üzrə regional məsləhətçisi Ceyn Viksi və bu sahə üzrə digər mütəxəssis Coanna van Mil layihə çərçivəsində Azərbaycan muzeylərinin mövcud vəziyyətini, problemlərini müzakirə edəcək və Bakının müxtəlif muzeylərindən olan mütəxəssislərlə görüşəcəklər. Bunun nəticəsində gələcək fəaliyyətlərin müəyyən edilməsi və səmərəli təlim proqramının hazırlanması üzərində işlər aparılacaq.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu layihənin mədəni irsimizin qorunmasına əvəzsiz töhfə verəcəyini və Birləşmiş Krallıqla Azərbaycan arasında mədəni sahədə əməkdaşlığımız yüksələn xətt üzrə davam etdirildiyini söyləyib.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak edib.

Ədəbiyyat.biz
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol