• $
  • €
  • ₽
  • ₺
  • £

Akademik Milli Dram Teatrı yayılan xəbərlərə münasibət bildirdi

Akademik Milli Dram Teatrı yayılan xəbərlərə münasibət bildirdi
27.02.2015 14:49
"Akademik Milli Dram Teatrının Dənizkənarı Bulvarda keçiriləcək Novruz Bayramı şənliklərində iştirak edəcək aktyorlarının məşqlərə nizamsız gəlməsi və tədbirdə iştirakdan imtina etməsi ilə bağlı yayılan xəbərlər yalandır.

 Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi siyahıda adları olan bütün akyorlar gündəlik məşqlərdə iştirak edirlər". Bu barədə "Report"a Akademik Milli Dram Teatrından bildirilib.

Teatrdan o da bildirilib ki, Novruz bayramı şənliklərində bütün teatrlarla bərabər Akademik Milli Dram Teatrının kollektivi də fəal iştirak edir: "Hər il keçirilən tədbirlərdə teatrımızın gənc, orta və yaşlı nəslinə mənsub olan aktyorları çıxış edir. Bu il də istisna deyil. 2015-ci ilin Novruz bayramı şənliklərində yenə də Dədə Qorqud obrazını Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı ifa edəcək. Bundan əlavə, teatrımızın 35 nəfərlik aktyor heyəti bayram şənliklərinə qatılacaq. Məşqlər hər gün Dənizkənarı Bulvarda keçirilir. İlk gündən bütün aktyorlarımız məşqlərdə, digər həmkarları ilə bilrlikdə çıxış edirlər. Milli Dram Teatrının adını ləkələmək və belə yanlış xəbərləri yazmaq və yaymaq yolverilməzdir. Bayram tədbirini Mədəniyyət və Turizm Nazirliyi təşkil etdiyi üçün siyahını da onlar müəyyənləşdirir. Nazirliyin təsdiq etdiyi hər hansı sənədi müzakirə etmək düzgün deyil".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol