• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağdan bəhs edən filmə mükafat verildi

Qarabağdan bəhs edən filmə mükafat verildi
02.03.2015 11:48
Rejissor Fehruz Şamıyevin quruluş verdiyi "Yol” filmi İranda keçirilən IX "Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.

"Report” xəbər verir ki, film festivalın "Müsəlman ölkələri” proqramında qalib olub.

"Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. "Müsəlman ölkələri” və "Beynəlxalq” proqramında 10, üçünçü "Yerli” proqramda isə 20 film yarışırdı. Fransa, Almaniya, Belorusiya, Koreya və s. ölkələrin yer aldığı "Beynəlxalq” proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Hər üç proqramda da yer alan filmlər humanistliyi, sülhü, əxlaqi, dini dəyərləri önə çəkirdi”, - rejissor deyib.

Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

"Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən "Yol” Elçin Hüseynbəylinin "Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. "Cinema” Mərkəzi və "Öz film”də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb.

Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir.

Filmdə baş rolları xalq artisti Qabil Quliyev və aktyor Rauf Şahsuvarov canlandırıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol