• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünya Ədəbiyyatı" seriyasından daha iki kitab

"Dünya Ədəbiyyatı" seriyasından daha iki kitab
03.03.2015 12:24
Prezidentin sərəncamı ilə çap edilən 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasından növbəti 2 kitab işıq üzü gördü.

1. Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild

2. Migel Asturias. "Seçilmiş əsərləri”

Beləliklə DƏK seriyasından artıq 105 kitab nəşr olunub.
 

Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild

Bu cilddə XX əsrin görkəmli nümayəndələri Jean-Paul Sartre-ın "Yalnız həqiqət", Armand Salacrou-nun "Lenuar arxipelaqı, yaxud tərpənməyənə toxunmayın", Eduardo De Filippo-nun "Neapol", Max Frisch-in "Don Juan, yaxud həndəsəyə vurğunluq", Vitold Gombrovich-in "Burqundiya şahzadəsi İvonna", Kobe Abenin "İstehkam" və Leroy Jones-un "Uçan hollandiyallı" əsərləri verilib.

Miguel Asturias. "Seçilmiş əsərləri”

Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır.

Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias "Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.

Bu kitabda onun "Mais adamlar” romanı, "Lida salın aynası” silsiləsindən olan hekayələri, "Qvatemala” silsiləsindən olan əfsanələri, "Kukulkan – qanadlı ilan” pyesi cəmlənib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol