• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı skripkaçı Moskvada konsert verdi

Azərbaycanlı skripkaçı Moskvada konsert verdi
06.03.2015 10:45
Rusiya paytaxtında azərbaycanlı skripkaçı Anar Yusifovun "İlin fəsilləri – fəsillərin cazı” adlı musiqili konserti keçirilib.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtının elit caz klublarından olan "Esse" caz kafedə keçirilən konsertdə Azəbaycan və Rusiya konservatoriyalarının yetirməsi olan Anar Yusifov "The Moskow Jazz passengers” ansamblı ilə birlikdə dünyaca məşhur skripkaçı Antonio Vivaldinin şedevr kompozisiyalarını fərqli üslubda ifa edib.
 
Anar Yusifov Antonio Vivaldinin "İlin fəsilləri”  kompozisiyasının birinci hissəsini – "Yay”ı klassik ənənəyə uyğun ifa edərək onu digər musiqiçilərə ötürüb. Beləliklə, saksafon, piano, zərb alətlərinin iştirakı ilə klassik musiqi və caz üslubları improvizə halında təqdim edilib.
Azərbaycanlı skripkaçı bu konsertin onun üçün Antonio Vivaldinin yaradıcılığına yeni baxış, "İlin fəsilləri" adlanan şedevr əsərə caz adlanan fenomenlə yanaşma olduğunu söyləyib: "Bilirsinizmi, musiqi dünyasında ifaçı çox, yenilik təqdim edən isə azdır. İnsanlarınsa yeniliyə həvəsi, marağı var, auditroiya fərqli və yeni musiqi tələb edir. Düşünürəm ki, bu musiqi öz dinləyicisini tapacaq".
 
Musiqiçilər Antonio Vivaldinin şah əsərini dəyişməyərək, əsərin əsas ideyası qalmaqla ona caz elementləri, ritm və imrpovizasiya əlavə ediblər. Layihənin təqdimatının Antonio Vivaldinin doğum günü ilə eyni günə düşməsi isə yeni musiqi məhsuluna marağı bir az da artırıb.
Azərbaycan konservatoriyasının yetirməsi olan kimi təqdim edilən azərbaycanlı sənətçini Moskvanın elit caz klubunun qonaqları böyük rəğbət va maraqla dinləyiblər. Onun ifası cazsevərlərin alqışları ilə qarşılanıb.
 
Moskva Caz Art klubun təsisçisi, caz layihələrinin rəhbəri və prodüseri Aleksandr Eydelman Anar Yusifocun konsertini məmuniyyətlə dinlədiyini bildirib: "Deməliyəm ki, səhnədə çox peşəkar musiqiçilər bir araya gəliblər. Anar özü özlüyündə çox gözəl təhsili olan peşəkardır və əlbəttə ki, onunla bir komandada Rusiyanın caz elitasına daxil olan musiqiçilər ifa etdilər. Qarşılıqlı anlaşma da bu yüksək peşəkarlığın nəticəsində mümkün oldu".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol