• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın "Eurovision"u boykot etməsi təklif edilib

Rusiyanın "Eurovision"u boykot etməsi təklif edilib
11.03.2015 19:07
Sankt-Peterburq parlamentinin deputatı Vitaliy Milonov Rusiya mədəniyyət naziri Vladimir Medinskiyə "Eurovision” musiqi müsabiqəsini boykot etməklə bağlı müraciət ünvanlayıb.
 
APA-nın tass.ru-ya istinadən verdiyi məlumata görə, deputat bildirib ki, rusiyalı musiqiçilərin bu müsabiqədə iştirakı ölkənin dini və ideoloji cəhətdən sağlamlaşdırılması xəttindən uzaqlaşması deməkdir.
 
O, ötən il "Eurovision” mahnı müsabiqəsində "saqqallı qadın” Konçita Vurstun çıxışını xatırladaq, bununla milyonlarla həmyerlisinin təhqir olunduğunu qeyd edib: "Son illər "Eurovision”da baş verənlər musiqi sənətini ələ salmağın xüsusi forması və qeyri-sağlam mədəni meyllərin aşılanmasıdır”.
 
Bununla bağlı deputat mədəniyyət nazirini müxtəlif ölkələrdən olan vətəndaşların zövq və ənənələrini özündə birləşdirəcək Avroasiya musiqi müsabiqəsinin təşkil olunması ideyasının dəstəkləməyə çağırıb: "Bizim ölkə elə bir səviyyəyə çatıb ki, özünün və yaxın tərəfdaşlarının mədəni cəhətdən inkişaf vektorunu müəyyənləşdirə bilər”. O, yeni təşkil olunmasını təklif etdiyi musiqi müsabiqəsində potensial iştirakçı qismində Belarus, Qazaxıstan, Ermənistan, Azərbaycan, Yunanıstan, Kipr, Serbiya və digər ölkələri gördüyünü vurğulayıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol