• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşar Kamalın heykəli yerinə qaytarılıb

Yaşar Kamalın heykəli yerinə qaytarılıb
11.03.2015 18:52
Fevralın 28-də vəfat edən məşhur yazıçı Yaşar Kamalın Mərmərə dənizinin sahilində 1994-cü ildə qoyulmuş, ancaq bölgədəki tikinti işləri ilə əlaqədar 2 il zibillikdə qalmış heykəli yenidən dənizin sahilinə qoyulub.
 
APA-nın Türkiyə bürosunun məlumatına görə, heykəlin zibilliyə atılmasına etiraz etmək məqsədilə Türkiyənin 5 yaradıcılıq qurumu Yenikapı limanında 11 martda etiraz aksiyası keçiriləcəyini elan etdikdən sonra abidə təmizlənərək martın 8-də heykəltəraşın müəyyənləşdirdiyi yerə qoyulub. Ancaq yaradıcı qurumlar etiraz aksiyasını təxirə salmayıblar.
 
Aksiyadan əvvəl Yenikapı limanında APA-ya açıqlama verən tanınmış kinoaktyor Tarık Akan deyib ki, indiki vəziyyətdə söhbət təkcə Yaşar Kamalın heykəlindən getsə də, Türkiyədə əksər sənət əsərləri təhdid altındadır: "Yaşar Kamal Türkiyəni dünyaya tanıtmış bir yazarımızdır. Onun heykəlinə qarşı edilən bu sayğısızlığı qəbul edə bilməzdik. Heykəlin bazar günü yerinə qaytarılması bizi sevindirir. Bundan sonra sənət əsərlərinə qarşı yapılmış istənilən sayğısız hərəkəti yaxından təqib edib, etirazımızı bildirəcəyik”.
 
Yaşar Kamalın heykəlinin qarşısında PEN klubu adından çıxış edən jurnalist-yazar Zeynəb Oral Türkiyədə  sənət əsərlərinin məruz qaldığı sayğısızlıqların qabağını almaq üçün yaradıcılıq təşkilatlarını birgə mübarizə aparmağa çağırıb.
 
UNESCO-ya bağlı Beynəlxalq Plastik Sənətçilər Dərnəyinin (UPSD)  başqanı, tanınmış rəssam Bədri Baykam isə diqqəti "itən heykəllər” məsələsinə cəlb edərək deyib: "İstanbulda, Ankarada, Antalyada sənətkar dostlarımızın heykəllərini yerlərindən qaldırıblar, onların aqibəti bəlli deyil. Bu, Türkiyədə sənətə qarşı göstərilən neqativ münasibətin təzahürüdür. Yaşar Kamalın vəfatı onsuz da bizim  ürəyimizi yandırıb,heykəlinə qarşı bu sayğısızlığın meydana çıxması isə ürəyimizə vurulan ikinci ağır zərbə olmuşdur. Gücümüzü birləşdirərək bu cür halların  qarşısını almalıyıq”.
 
Yazarların Həmkarlar Təşkilatının sədri Mustafa Kök də yaradıcılıq təşkilatlarını sənət əsərlərinə hörmətsiz münasibətə qarşı eyni platformadan çıxış etməyə çağırıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol