• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın tanınmış aktyorları Bakıya gəlir

Rusiyanın tanınmış aktyorları Bakıya gəlir
12.03.2015 11:04
Rusiyanın xalq artisti Emmanuel Vitorqan Bakıya qasrtol səfərinə gəlir. Tanınmış aktyor Səməd Vurğun adına Rus Dram Teatrında yubiley tamaşası ilə çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrı yayıb.

Aprelin 21-də Emmanuel Vitorqan, Lyudmila Maksakova və Belarusiyanın əməkdar artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" («Король Треф - карта любви») tamaşası Bakı tamaşaçılarına nümayiş etdiriləcək.

Tamaşa musiqili-kino-tamaşa janrında hazırlanıb. Tamaşada 3 janrın sintezi - kino, teatr və estrada sənəti birləşib.

Bu tamaşada əsas rollardan birini ifa edən Belarusiyanın əməkdar artisti Anjelika Aqurbaşın ilk səhnə debütü olacaq. 

Musiqili-film tamaşanın çəkilişlərinin bir hissəsi İtaliya, Yurmala, Riqa və Moskva şəhərində aparılıb. Tamaşanın ümumi hazırlıq prosesləri 7 ay davam edib.
Film-tamaşaya dirijor Yuri Poteenko musiqi bəstələyib. Bəstəkar məhz bu işinə görə "Qızıl Qartal" mükafatına layiq görülüb.

Tamaşanın əsas musiqi nömrələrini tanınmış bəstəkar İqor Krutoy bəstələyib. Şeirlərin müəllifi Cahan Polıyeva və İqor Reznikdir.

Prodüseri İrina Vitorqan olan qastrol tamaşanın biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol