• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna filmi Rusiyada mükafata layiq görüldü

Ukrayna filmi Rusiyada mükafata layiq görüldü
01.04.2015 15:17
Rusiyanın ən nüfuzlu kino mükafatı sayılan "Nika"nın 28-ci dəfə təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, 10 nominasiya üzrə mükafatların təqdim edildiyi mərasimdə rejissor Aleksey Germanın ( "Трудно быть богом") filmi 9 nominasiyadan 6-na sahib olub və "Ən yaxşı oyun filmi" adını qazanıb.

"Ən yaxşı rejissor işi" nominasiyasında Aleksey German qalib olub.

"Ən yaxşı ssenari" nominasiyasında "Дурак" filmi, "Ən yaxşı animasiya filmi" nominasiyasında Leonid Şmelkovun "Мой личный лось" filmi qalib olub.
"Ən yaxşı kişi rolu" nominasiyasını "Трудно быть богом" filmində ifa etdiyi rola görə Leonid Yarmolnik, "Ən yaxşı qadın rolu" nominasiyasında "Левиафан" filmindəki obrazına görə Yelena Lyadova "Nika"nın qalibi olub.

"MDB və Baltikyanı Respublikalar arasında ən yaxşı film" nominasiyasında Ukrayna kinematoqrafçılarının çəkdiyi "Племя" filmi qalib olub.

"Kinematoqrafiya qarşısında xidmətlərinə görə" nominasiyasında ssenarist Yuri Klepnikov mükafat qazanıb.

"İkinci dərəcədə ən yaxşı kişi rolu" nominasiyasında "Левиафан" filmində ifa etdiyi rola görə Roman Madyanov, "İkinci planda ən yaxşı qadın rolu" "Дурак" filmindəki obrazına görə Darya Moroza təqdim edilib.

Mərasimdə "Ən yaxşı rəssam", "Ən yaxşı bəstəkar" nominasiyalarında mükafat qazanan qaliblərə "Nika" kinomükafatı təqdim olunub.

"Şərəf və ləyaqət" nominasiyasında görkəmli aktrisa Liya Axedjakova "Nika" mükafatını qazanıb. Aktrisaya mükafatı Naina Yeltsin təqdim edib. Xəstəxanadan yenicə çıxmış rejissor Eldar Ryazanov skayp vasitəsilə mərasimə qoşulub və şəxsən sevimli aktrisası Liya Axedjakovanı təbrik edib.

Mərasimə aparıcılığı "Nika" kinomükafatının yaradıcısı və bədii rəhbəri məşhur bakılı Yuli Qusman edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol