• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinin 80 illik yubileyidir

Xalq artistinin 80 illik yubileyidir
04.04.2015 14:52
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. 

ANS PRESS-in məlumatına görə, 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən xalq artsiti Muxtar Maniyev bu gün 80 yaşını qeyd edir. 

Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi "Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra "Bizim Cəbiş müəllim”, "Ölsəm bağışla”, "Bəxt üzüyü”, "Bəyin oğurlanması”, "Bakıda küləklər əsir”, "Babək”, "Nəsimi”, "Qərib cinlər diyarında”, "İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.

50 ildən artıq yaradıcılığı dövründə sənətkar 157 filmdə, 20 tamaşada rol alıb. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür. 

Xatırladaq ki, Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb.

ANS TV-nin "Adam içində" layihəsi 2 gün əvvəl uzun müddətdir ekranlardan uzaq qalmış xalq artisti barədə xüsusi buraxılış hazırlamışdı.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol