• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir

Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir
06.04.2015 15:29
Xalq şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında sənədli filmin çəkilişlərinə başlanıb.

"Report" xəbər verir ki, film ADMİU-nun sifarişi ilə çəkilir.

Milli Qəhrəman haqqında sənədli filmi rejissor Ruslan Mollayev ekranlaşdırır. Filmdə xronoloji ardıcıllıqla Təbriz Xəlilbəylinin doğulduğu ailə, böyüdüyü mühit, tələbəlik illəri, 90-cı illərin abu-havası canlandırılır.

Sənədli filmdə Təbriz Xəlilbəylinin ailə üzvləri, anası Firəngiz Ulutürk, həyat yoldaşı Sevinc Xəlilbəyli, Təbrizin yaxın qohumu, aktyor Kamran Yunis və Təbriz Xəlilbəylini yaxından tanıyan adamlar onun haqqında xatirələrini danışıblar. 

Filmin mayın əvvəlində hazır olacağı müəyyən edilib. Çəkilişlər ADMİU-da aparılır. Qeyd edək ki, Milli Qəhrəman Təbriz Xəlilbəyli Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Sənədli filmin xronometrajı 35-45 dəqiqə həcmində olacaq.

Xatırladaq ki, Təbriz Xəlilbəyli 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. 1992-ci il yanvarın 31-də Naxçıvanik kəndində qəhrəmancasına həlak olub.

1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol