• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün azərbaycanlı yazıçının doğum günüdür

Bu gün azərbaycanlı yazıçının doğum günüdür
07.04.2015 10:27
Bu gün Azərbaycanın dünya şöhrətli yazıçısı, nasir, publisist Çingiz Abdullayevin doğum günüdür. Yazıçının 56 yaşı olur.

Ç.Abdullayev "Report"a açıqlamasında doğum günlərini xüsusi qeyd etməyi sevdiyini, dünəndən telefonunun susmadığını deyib: "Dünəndən telefon zənglərinə, təbriklərə cavab verməklə məşğulam. Televiziyalar, jurnalistlər zəng edirlər. Dünən iki verilişə çəkildim. Bu gün isə dostlarım və qohumlarımla süfrə arxasında əyləşib dünyaya gəlişimi qeyd edəcəm. Mən ümumiyyətlə ad günlərimi qeyd etməyi sevirəm. Bu gün də belə olacaq. Ən yaxın dostlarım və qohumlarımla şad günümü qeyd edəcəm. Doğum günümdə iştirak etmək üçün oğlum və qızım xüsusi olaraq İngiltərədən gəliblər. Məni görmək, təbrik etmək üçün gəliblər. Bundan gözəl nə ola bilər?! Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm."

Xatırladaq ki, dünya şöhrətli detektiv yazıçı 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nin hüquq fakultəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.

1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol