• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ” klubu haqda sənədli film çəkilib

"Qarabağ” klubu haqda sənədli film çəkilib
10.04.2015 15:16
Bu gün "Qarabağ” klubunun bazasında amerikalı jurnalist Tomaz Qolst və azərbaycanlı jurnalist Şakit Eminbəylinin Ağdam klubu barədə çəkdiyi sənədli filmlə bağlı tədbir keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə "Qarabağ” haqda film hazırlayan tanınmış amerikalı jurnalist Tomas Qoltz və azərbaycanlı jurnalist Şakir Eminbəyli iştirak edib.

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandanın uğurlarında hər iki şəxsin rolu olduöunu deyib: "Qarabağ” bu gün Azərbaycanda ən uğurlu çıxış edən və Qarabağ adını dünyada tanıdan klubdur. Bu işdə bizə köməklik edən dostlarımız var. Bunlardan biri mənim dostum Tomas Qoltzdur. Həmçinin, jurnalist Şakir Eminbəyli bizə böyük kömək oldu. Mən hər ikisinə təşəkkür edirəm. Bizim getdiyimiz bu yol çox vacib yoldur. Bir milyon qaçqınımızı ruhlandırırırq”.

Daha sonra qonaqlara "Qarabağ”ın forması və diplom təqdim olunub.

Jurnalist Tomas Qolts çıxışında deyib ki, "Qarabağ"dan öncə futbolla tanışlığı olmayıb: "Heç futbol terminlərini də bilmirdim. Ağdam klubuna təşəkkürümü bildirirəm ki, bu komanda mənə futbolçu sevdirdi.  "Qarabağ" naminə fəaliyyətimi davam etdirirəm. Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. Azərbaycanlı olmasam da, buna çox təəssüfləndim. "Qarabağ" dünyada siyasi təbliğat baxımından Azərbaycan üçün dəyərli klubdur”.

Qeyd edək ki, "Qarabağ” haqda 52 dəqiqəlik sənədli filmin təqdimatı sabah keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol