• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olundu

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olundu
11.04.2015 12:32
 
Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, pianoçu, caz-muğam üslubunun banisi, əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi.

"Report" xəbər verir ki, yubiley gecəsinə təşrif buyuran qonaqlar əvvəlcə foyedə yaradılan Vaqif Mustafazadə guşəsi ilə tanış oldular. Bənzərsiz caz ustasının həyat hekayəsini anlatan foto-stend qonaqlara təqdim edildi.

Yubiley mərasimi cazmenin ömür yolundan bəhs edən videoçarxın nümayişi ilə başladı. Vaqif Mustafazadə caz-muğam üslubunun banisi idi. Məhz bu səbədən də, yubiley gecəsi muğam ifası ilə başlandı.
Yubiley gecəsinin iştirakçılarına əsl caz ziyafəti verildi. İlk çıxış SSRİ xalq artisti Fərhad Bədəlbəylinin ifasında oldu. Xalq artisti Ənvər Sadıqovun ifasında maraqlı kompozisiya tamaşaçılara təqdim edildi. "Qaya" vokal qrupu və "Rast" qrupunun çıxışı xüsusilə seçildi.
Gecədə İsfar Sarabski, Dövlət Mahnı Teatrının yeni yaradılan simfonik orkestri bədii rəhbər Salman Qəmbərovun iştirakı ilə maraqlı caz nümunələri təqdim etdi. Tədbir Vaqif Mustafazadənin səs yazısı, və görüntüləri ilə davam etdi.
Yubiley gecəsində hər kəsin gözü Vaqif Mustafazadənin qızı, dünya şöhrətli Əzizə Mustafazadəni axtarsa da, Əzizə atasının 75 illik yubileyində iştirak etmədi.
Qeyd edək ki, V.Mustafazadə 1940-cı il martın 16-da İçərişəhərdə dünyaya gəlib.Anası Zivər xanım dahi Üzeyir bəyin tələbəsi olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olub. Onu əsl musiqiçi kimi anası Zivər xanım yetişdirib.

1963-cü ildə V.Mustafazadə Asəf Zeynallı adıma Bakı Musiqi Kollecini bitirib.Konservatoriyanı bitirdikdən sonra 1964-cü ildə "Orero" ansamblına yaradır. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

1979-cu ildə -cu ildə Monako caz Festivalında qalib gələn Vaqif Mustafazadə vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O,Azərbaycanmusiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Vaqifin yeni devizi Caz-Muğam adlanır. V.Mustafazdə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Vaqif Mustafazdə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrolda olarkən ürək tutmasından vəfat edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol