• $
  • €
  • ₽
  • ₺
  • £

Atatürk Azərbaycan səhnəsində

Atatürk Azərbaycan səhnəsində
13.04.2015 10:35
Aprelin 17-dən 24-dək C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə "Çanaqqala zəfəri” beynəlxalq layihəsi həyata keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə reallaşacaq. Layihə çərçivəsində konfrans və görüşlərin təşkili də nəzərdə tutulur.

Layihəyə R.Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində İrəvan teatrının hazırladığı türk yazıçısı Dəmət Çizməlinin "Cümhuriyyətin ilk sədası” adlı tamaşa ilə yekun vurulacaq.

Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.//AzərTac 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol