• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Brat Li" çəkilir

Azərbaycanda "Brat Li" çəkilir
13.04.2015 11:16
Azərbaycanlı ssenarist - rejissor Nicat Rzazadə komediya janrında "Brat Li" adlı kino çəkir. 

ANS PRESS-in məlumatına görə, filmdə baş rolda döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə çəkilir. 

Ekran işində eyni zamanda populyar aktyor Elməddin Cəfərov da baş rolda çəkiləcək. Layihənin mətbuat katibi Fuad Mədətov hazırda digər aktyorların seçim turlarına start verilib. Şərti adı "Elli”, hazırda isə dəqiq adı "Brat Li” olan komediya janrında çəkiləcək bədii filminin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək.

Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər. Kastinq 26 aprel saat 10:00-dan 17:00-dək davam edəcək.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur.

Filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, qeydiyyatdan keçmək istəyən şəxslər ad-soyad, yaş, boy və çəki, o cümlədən, 3-4 ədəd şəkillərini və özləri haqda qısa məlumatı qeyd olunan mobil telefon nömrəsinə ((+994 55) 934 36 71) "WhatsApp” vasitəsilə göndərməklə kifayətlənə bilərlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol