• $
  • €
  • ₽
  • ₺
  • £

Rio de Janeyroda “Azərbaycan Mədəniyyət həftəsi”

Rio de Janeyroda “Azərbaycan Mədəniyyət həftəsi”
13.04.2015 16:39
Aprelin 21-dən 27-dək Rio de Janeyroda "Azərbaycan Mədəniyyət həftəsi” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət həftəsi Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyinin müraciəti, Rio de Janeyro şəhər meriyasının təklifinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək.
 
Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio de Janeyronun 450 illiyinə təsadüf edən Mədəniyyət həftəsi çərçivəsində milli mətbəx nümunələri təqdim olunacaq, Azərbaycanın mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən "Azərbaycan dünən, bu gün və sabah” adlı fotosərgi açılacaq.
 
Nazirlikdən bildiriblər ki, tədbirlərdə xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın muğam konserti və Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və "Trio Qarabağ” muğam qrupunun konsertləri, "Nabat”, "Hakim haradadır?” filmlərinin nümayişi də keçiriləcək.
 
Tədbirlər Rio de Janeyronun "İncəsənət şəhəri”ndə ("Cidade des Artes”) – "Cafe das artes”, "Gallery”, "Teatro de Camara”, "Sala de Leitura”, "Grande Sala” kimi tanınmış sənət məkanlarında təşkil olunacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol