• $
  • €
  • ₽
  • ₺
  • £

Ölümündən 5 il keçən Xalq artisti

Ölümündən 5 il keçən Xalq artisti
15.04.2015 15:33
Bu gün Azərbaycanın xalq artisti Telman Adıgözəlovun ölümündən 5 il keçir.

ANS PRESS-in məlumatına görə, tanınmış sənətkar 2010-cu ilin aprel ayının 15-də, saat 4.00 radələrində 57 yaşında vəfat edib.

Qeyd edək ki, Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı”nda Zəncirvuran, "Xurşidbanu Natəvan”da Daşdəmir, "Mahnı dağlarda qaldı”da Rəhman, "Maqbet”də Flins, "Közərən ocaqlar”da Xanəhməd, «İblis»də Şeypurçu, «Vaqif»də Təlxək, «Nişanlı qız»da Çeşməkli kişi, "Qədr gecəsi”ndə Oyunbaz, «Ah Paris…Paris!..»də Əhməd, «Mənim sevimli dəlim”də Professor, "Hələ "sevirəm” deməmişdilər”də Qumarbaz obrazlarını göstərmək olar.

Aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam”, "Ordan-burdan”, "Qonşular”, "Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş "Nəsimi”, "Üzü küləyə”, "Mən dəniz sahilində böyümüşəm” kimi filmlərdə xarakterik rollar oynayıb.

T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti” və 2006-cı ildə "Xalq artisti” fəxri adlarına layiq görülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol