• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə teatrında "Dəli yığıncağı"nın premyerası

Gəncə teatrında "Dəli yığıncağı"nın premyerası
15.04.2015 21:37
Gəncə Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri gedir.

"Report" xəbər verir ki, teatrda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyası əsasında yeni quruluşda tamaşa hazırlanır.

Əsərə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.

Tamaşanın rəssamı Elnur Axundovdur. Əsərin premyerası mayda olacaq.

Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı” əsəri 1927-ci ildə yazılıb. Özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə pyes şərti, simvolik xarakterdədir. Əsas məsələ Şimali və Cənubi Azərbaycan, İran və bəzi başqa Şərq ölkələrindən gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol