• $
  • €
  • ₽
  • ₺
  • £

“Cücələrim”in bəstəkarının ad günüdür

“Cücələrim”in bəstəkarının ad günüdür
16.04.2015 10:22
Bu gün məşhur "Cücələrim” mahnısının bəstəkarı əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin dünyaya gəlməsinin 99-cu ildönümüdür.

Bəstəkar 1916-cı ilin bu günü Gəncədə ziyalı ailəsində dünyaya gəlib. Qəmbər həmyaşıdlarından qeyri adi yaddaşı ilə seçilirdi. Musiqiyə böyük həvəsi var idi. El şənliklərində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbülün ifalarını dinlədikcə müsiqiyə daha da bağlanır. Gəncədə musiqi məktəbinin tar şöbəsini bitirən Qəmbər Hüseynli Bakıya gələrək Asəf Zeynallı adına musiqi texnikumuna daxil olur.

Qəmbər Hüseynlinin tarda "Segah”, "Şur” və "Zabul” və digər muğamları yüksək peşəkarlıqla ifa bacarığı başqalarından fərqlənirdi. Qəmbər Hüseynlinin "Muğana ceyran”, "Tellər oynadı”, "İlk məhəbbət”, "Ay işığında”, "Gecələr uzanaydı” mahnılarında insanı heyrətləndirən elementlər zəngindir. Ona görə də, bu melodiyaları dinləmək adamı bezdirmir. Əksinə bu mahnılar adamı sevib-sevilməyə, işıqlı sabahlara səsləyir və xoş əhval-ruhiyə yaradır. Bunun üçün təkcə "Cücələrim” mahnısını misal çəkmək kifayətdir. Cücələrim demək olar ki, dünyanın hər yerində səslənib və 100-dən artıq dildə ifa edilib.

Qəmbər Hüseynli musiqinin bütün janrlarında yazıb. O, "Ailə namusu”, "Şeyx Sənan”, "Dağılan tifaq”, "Almaz” və sair bu kimi səhnə əsərlərinə də musiqi yazıb. 100-dən çox romansın müəllifidir. Qəmbər Hüseynlinin musiqiləri Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova kimi sənətkarlarımızın ifasında dinləyici məhəbbəti qazanıb. İndi də elə bir müğənni tapılmaz ki. "Muğana ceyran”, "İlk məhəbbət”, "Ay işığında” mahnılarına bigənə qalsın. Qəmbər Hüseynli nağılabənzər ömür yaşadı. 1961-ci il avqustun 1-də vəfat etdi və 45 illik ömründə əsrlərlə yaşayacaq səhifə açdı.//ANS

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol