• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda yeni tamaşanın premyerası

Musiqili Teatrda yeni tamaşanın premyerası
17.04.2015 12:46
 Azərbaycan Dövlət Musiqili Teatrı yeni komediyanı tamaşaçıların ixtiyarına verib. "Report" xəbər verir ki, aprelin 16-da teatrda yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” adlı komediyasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, musiqi tərtibatçısı Emin Həsənov, xormeyster Vaqif Məstanovdur. Komediyada musiqiləri tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov səsləndirir.

Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, maddiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Tamaşanın yaradıcı heyəti əsərin sonluğu ilə maraqlanan tamaşaçıları yeni komediyaya baxmağa dəvət edir.
Komediyanın baş rolu olan Qadın obrazını xalq artisti Afaq Bəşirqızı, Kişi obrazını əməkdar artist Ələkbər Əliyev oynayır. Digər rolları Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əlili, Hüseyn Əlili, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Fərid Rzayev, Əlibala Əlizadə ifa edir.


 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol