• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı aktrisa “erməni soyqırım”na aid filmə çəkildi - VİDEO

Azərbaycanlı aktrisa “erməni soyqırım”na aid filmə çəkildi - VİDEO
17.04.2015 16:14
Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova uydurma "erməni soyqırımı”nı təbliğ edən və Moskva erməni diasporunun maliyyələşdirdiyi "Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filminə çəkilib.
 
Modern.az saytı xəbər verir ki, Rusiya ermənilərinin "ArmeniaFutura” layihəsi çərçivəsində çəkilən filmdə hadisələr İstanbul və Sankt-Peterburqda cərəyan edir.

Filmin birinci hissəsində Səbinə Əhmədovanın da canlandırdığı erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun "soyqırımı”ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı həyatı təsvir olunur.

Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır.

"Erməni soyqırımı”nı təbliğ edən filmdə çəkilən Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan "Klub” serialında, "Böyük şəhərdə sevgi”, "Olimpius İnferno”, "8 ilk görüş” filmlərində çəkilib. Son illərdə isə Səbinə Əhmədova Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən "Mavi arzu”, "Kişilər yalan danışmır” filmlərində və "Sibir” teleserialında oynayacaq.

Modern.az azərbaycanlı aktrisanın yer aldığı "Yaşaya bilmədiyimiz həyat” filmini təqdim edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol